Bakı. Trend:
Yəməndə husilər Səudiyyə Ərəbistanının Cizan əyalətinin hava limanına raket atdıqlarını bildirirlər.
Trend-in "Əl-Mayadin" telekanalına istinadən verdiyi məlumata görə, husilər bildirir ki, hava limanına "Badr-1" raketi atıblar.
Yəməndə husilərə qarşı hərbi əməliyyatlar aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası bu məlumatı hələki şərh etməyib.
Bundan əlavə husilər bildirib ki, əl-Xodeyda əyalərində ABŞ-ın "MQ9" pilotsuz uçuş aparatını vurublar.