...

Hindistanda qasırğa 18 nəfəri öldürdü

Dünya xəbərləri Materials 19 Aprel 2018 10:55 (UTC +04:00)
Hindistanın Qərbi Benqaliya ştatında güclü qasırğa tələfatsız ötüşməyib.
Hindistanda qasırğa 18 nəfəri öldürdü

Bakı. Trend:

Hindistanın Qərbi Benqaliya ştatında güclü qasırğa tələfatsız ötüşməyib.

Trend-in məlumatına görə, ştatın baş naziri Mamata Banerci qasırğa nəticəsində 18 nəfərin həlak olduğunu bildirib.

Onun sözlərinə görə, ştatda 230 ev tamamilə dağılıb, güclü külək ağacları yerindən qoparıb, elektrik dirəklərini aşırıb. Qasırğadan ziyan çəkənlərə yardım göstərilməsinə başlanılıb.

Ştatın baş nazirinin sözlərinə görə, qasırğanın əhaliyə vurduğu ziyan hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti