Bakı. Trend:
Avropa İttifaqı Ermənistanda etiraz aksiyaları zamanı saxlanılanların azadlığa buraxılmasını tələb edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, qurum həmçinin tərəfləri təmkinli olmağa çağırıb.
"Öz qanuni hüquqlarının həyata keçirilməsi zamanı qeyri-qanuni saxlanılan hər bir kəs dərhal azad olunmalıdır", deyə Aİ-nin bəyanatında bildirilir.
Qeyd edək ki, bu gün Yerevanda hüquq-mühafizə orqanlarının əməkdaşları 228 nümayişçini saxlayıb.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.