...

Kim Çen In KXDR-nın nüvə obyektlərində yoxlama aparılmasına razılıq verib

Dünya xəbərləri Materials 2 May 2018 01:21 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin nüvə obyektlərində yoxlama aparılmasına razılıq verib
Kim Çen In KXDR-nın nüvə obyektlərində yoxlama aparılmasına razılıq verib

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin nüvə obyektlərində yoxlama aparılmasına razılıq verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Kim Çen In bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşü zamanı bildirib.

Məlumata əsasən, Kim Çen In bildirib ki, istənilər nüvə obyektində yoxlama aparıla bilər. Bu isə öz növbəsində Koreya yarımadasının denuklearizasiya prosesində KXDR-nın müsbət niyyəti haqqında xəbər verir.

Xəbər lenti

Xəbər lenti