...

Zəncirvari qəzada 19 nəfər ölüb - 3-ü uşaqdır

Dünya xəbərləri Materials 26 May 2018 14:56 (UTC +04:00)
Uqandada sərnişin avtobusunun traktor və pivə dolu avtosisternlə toqquşması nəticəsində 19 nəfər ölüb.
Zəncirvari qəzada 19 nəfər ölüb - 3-ü uşaqdır

Bakı. Trend:

Uqandada sərnişin avtobusunun traktor və pivə dolu avtosisternlə toqquşması nəticəsində 19 nəfər ölüb.

Trend-in məlumatına görə, ölənlər arasında 3 uşaq da var.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə yerində xilasedicilər işləyir.

Qeyd edək ki, Uqanda dünyada ən çox yol qəzası baş verən ölkələr siyahısındadır. Hər il azı 20 min nəfər bu qəzaların qurbanı olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti