Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Silahlı Qüvvələri (SQ) PKK terror təşkilatının mövqelərini nəzarət altına alaraq İraqın şimalına irəliləyir.
Trend-in məlumatına görə, bu barədə hakim AKP partiyasının sədr müavini Mahir Ünal deyib.
M.Ünalın sözlərinə görə, Türkiyə hakimiyyəti birmənalı olaraq bəyan edib ki, İraqın şimalında PKK-a qarşı hər an hərbi əməliyyatlara başlaya bilər.
Bundan öncə PKK terror təşkilatına qarşı əməliyyatın bir hissəsi olaraq türk ordusunun İraq ərazisində 73 kilometr irəlilədiyi xəbər verilmişdi.
Qeyd edək ki, bir qədər əvvəl baş nazir Binəli Yıldırım demişdi ki, Türkiyə İraqın şimalında 11 hərbi bazaya malikdir və bu, PKK ilə mübarizəni asanlaşdırır.