...

Türkiyədə ağır yol qəzası baş verib: 3 ölü, 39 yaralı

Dünya xəbərləri Materials 18 İyun 2018 04:14 (UTC +04:00)
Türkiyənin Karaman şəhərində sərnişin avtobusu aşıb
Türkiyədə ağır yol qəzası baş verib: 3 ölü, 39 yaralı

Bakı. Trend:

Türkiyənin Karaman şəhərində sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, avtobusun aşması nəticəsində azı 3 nəfər həlak olub, 39 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetmənin itirməsi olub.

Hadisə yerinə gələn şəhərin meri Fəxri Meral bildirib ki, avtobus Qaziantepdən İzmirə gedirmiş. O, əlavə edib ki, qəza ilə bağlı araşdırma başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti