...

İndoneziyada bərənin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb

Dünya xəbərləri Materials 21 İyun 2018 03:18 (UTC +04:00)
İndoneziyanın Sumatra adasında Toba gölündə bərənin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb
İndoneziyada bərənin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında Toba gölündə bərənin qəzaya uğraması nəticəsində itkin düşənlərin sayı 192-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə İndoneziyanın Milli Axtarış-Xilasetmə Xidməti (Basarnas) bildirib.

Daha əvvəl 180 nəfərin itkin düşdüyü və 18 nəfərin xilas edildiyi bildirilirdi.

Məlumata əsasən, ailələrin ərizələrinin əsasənda itkin düşənlərin sayı 192-yə çatıb. Bildirilir ki, qəzaya uğrayan bərənin sərnişinlərinin dəqiq sayı hələdə məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti