...

Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edildi

Dünya xəbərləri Materials 2 İyul 2018 19:16 (UTC +04:00)
Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edilib.
Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edildi

Bakı. Trend:

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qohumlarına ölkədən çıxmaq qadağan edilib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, keçmiş prezidentin qardaşı Levon Sarkisyan və onun övladları 6,8 milyon dollar məbləğində bank depozitini vergi orqanlarından gizlədib.

Onların evində axtarış aparıldığı deyilir. Axtarışlar nəticəsində bank sənədləri müsadirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti