...

Kaliforniyada da meşələr yandı - 12 min adam təxliyə olundu

Dünya xəbərləri Materials 26 İyul 2018 07:51 (UTC +04:00)
Kaliforniya ştatının cənubundakı təbii yanğın Los-Ancelesin şərqində yerləşən Aydiluayld şəhərinə yayılıb
Kaliforniyada da meşələr yandı - 12 min adam təxliyə olundu

Bakı. Trend:

Kaliforniya ştatının cənubundakı təbii yanğın Los-Ancelesin şərqində yerləşən Aydiluayld şəhərinə yayılıb.

Trend-in məlumatına görə, yanğınlar nəticəsində 12 min əhali təxliyə olunub.

Bir neçə evi alov bürüyüb, lakin yaralılar barədə heç bir məlumat yoxdur.

San Bernardino Milli Qoruğu əməkdaşlarının verdiyi məlumata görə, yanğın artıq 12 kvadrat kilometrdən çox ərazini əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti