Bakı. Trend:
“Taliban” radikal hərəkatı Qəndəhar əyalətində girov saxladığı 29 şirkət əməkdaşını azad edib.
Trend-in məlumatına görə, bu addım Qurban bayramı münasibətilə atılıb.
Qeyd olunur ki, həmin şəxslər iyun ayında yerli şirkətlərdən birinə hücum zamanı girov götürülmüşdü.
Xatırladaq ki, ötən həftə sonu Əfqanıstan prezidenti Əşrəf Qəni Qurban bayramı ilə bağlı “Taliban”a atəşkəs təklif olunduğunu bildirmişdi.