...

Rusiyada hərbi zavodda baş vermiş yanğın söndürülüb: ölənlər var

Dünya xəbərləri Materials 31 Avqust 2018 14:50 (UTC +04:00)
Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb.
Rusiyada hərbi zavodda baş vermiş yanğın söndürülüb: ölənlər var

Bakı. Trend:

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərində Y.M.Sverdlov adına hərbi zavodda baş vermiş yanğın tam söndürülüb.

Trend-in məlumatına görə, hadisə yerində fövqəladə hallar, təcili yardım xidmətləri işləyir. Sexlərdən birində partlayışdan sonra yaranan yanğın 100 kv.m ərazisini əhatə edib.

Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Partlayışın köhnə minaların utilizasiya olunduğu binada qeydə alındığı bildirilir.

Y.M.Sverdlov Rusiyanın iri hərbi zavodlarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti