Bakı. Ceyhun Ələkbərov - Trend:
Yaponiyada “Cebi” adlı güclü qasırğanın yaxınlaşması barədə proqnozlar verilir.
Trend-in məlumatına görə, bu səbəbdən 270 aviareys təxirə salınıb.
Qeyd edilir ki, “Cebi” qasırğası hazırda saatda 20 kilometr sürətlə hərəkət edir.
“Cebi” əsrin ən güclü qasırğası hesab olunur. Onlar həmçinin dənizdə dalğanın hündürlüyünün 12 metrə çatacağını da bildiriblər.
Sakinlərin tez-tez hava proqnozunu izləməsi və dəniz kənarında yaşayanlardan ətraf rayonlara getməsi tövsiyə olunur.