...

Tehran hədələdi: İranlı alimlərə hücumlar olsa...

Dünya xəbərləri Materials 11 Sentyabr 2018 16:38 (UTC +04:00)
İranın nüvə sahəsində məşğul olan alimlərinə yeni hücumlar baş verəcəyi təqdirdə Tehran sərt addımlar atacaq
Tehran hədələdi: İranlı alimlərə hücumlar olsa...

Bakı. Trend:

İranın nüvə sahəsində məşğul olan alimlərinə yeni hücumlar baş verəcəyi təqdirdə Tehran sərt addımlar atacaq.

Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Salehi bəyan edib ki, bu cür hücumların cavabları çox sərt olacaq.

Xatırladaq ki, 2010-2012-ci illərdə İranın nüvə proqramı ilə məşğul üç alimi partlayışlar nəticəsində həlak olmuşdu.

İran bu hadisələrdə ABŞ və İsraili günahlandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti