...

İndoneziya 7,4 balla "silkələndi" - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 28 Sentyabr 2018 15:40 (UTC +04:00)
İndoneziyanın Sulavesi adası yaxınlığında Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib
İndoneziya 7,4 balla "silkələndi" - Ölən və yaralananlar var

Bakı. Trend:

İndoneziyanın Sulavesi adası yaxınlığında Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Zəlzələnin episentri Palu şəhərindən 55 kilometr məsafədə qeydə alınıb.

Zəlzələdən sonra bir sıra afterşoklar qeydə alınıb ki, bunlardan ən güclüsü 7,4 bal gücündə olub.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı verilsə də, daha sonra bu xəbərdarlıq yığışdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti