...

KİV: Şimali Koreya hələ 100 il də beynəlxalq sanksiyalar altında yaşamağa hazırdır

Dünya xəbərləri Materials 12 Oktyabr 2018 11:54 (UTC +04:00)
Şimali Koreya hələ 100 il də beynəlxalq sanksiyalar altında yaşamağa hazırdır.
KİV: Şimali Koreya hələ 100 il də beynəlxalq sanksiyalar altında yaşamağa hazırdır

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası (KXDR) öz gücü hesabına hələ 100 il də beynəlxalq sanksiyalar altında yaşamağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə ölkənin nüfuzlu "Rodong Sinmun" qəzetində dərc olunan yazıda deyilir.

Yazıda ABŞ-ın Şimali Koreyaya qarşı yürütdüyü sanksiya siyasəti kəskin tənqid olunur:

"Sanksiyaların 10 və ya 100 il uzanacağı əhəmiyyətsizdir. Biz istənilən çətinlikləri dəf edəcək, dünyanın ən güclü dövləti və Yerdə sosializm cənnəti olacağıq".

Bununla əlaqədar KXDR vətəndaşlarına iqtisadi artıma, yerli texnologiyaların inkişafına nail olmaq üçün səyləri artırmaq çağırışı edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti