Bakı. Trend:
Əfqanıstanda ölkənin parlamentinin aşağı palatasına keçirilən seçkilər zamanı 192 silahlı insident qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Vais Barmak bildirib.
Onun sözlərinə görə, silahlı insidentlər zamanı azı 10 polis əməkdaşı, 1 hərbçi və 17 dinc sakin həlak olub. Bundan əlavə, 83 dinc sakin və 17 hüquq-mühafizə orqanlarının əməkdaşı xəsarət alıb.