Bakı. Trend:
Ukraynada 150-yə yaxın yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.
Trend-in məlumatına görə, Ukraynanın 9 vilayətində güclü külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən təqribən 146 yaşayış məntəqəsi işıqsız qalıb.
Sinoptiklər hava şəraitinin hələ bir müddət belə davam edəcəyini, həftəsonuna isə ölkənin bir sıra ərazilərində sulu qar yağacağını bildirirlər.