...

Çində günahsız məhkum 23 il sonra azadlığa çıxdı

Dünya xəbərləri Materials 30 Noyabr 2018 18:34 (UTC +04:00)
Çində 23 ili istintaq səhvi ucbatından həbsdə keçirmiş şəxs azadlığa çıxıb.
Çində günahsız məhkum 23 il sonra azadlığa çıxdı

Bakı. Trend:

Çində 23 ili istintaq səhvi ucbatından həbsdə keçirmiş şəxs azadlığa çıxıb.

Trend-in məluatına görə, hazırda 50 yaşı olan Tszin Çjehun 1995-ci ildə zorlama və qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

Yalnız 2014-cü ildə Çin Ali Məhkəməsi işə yenidən baxılmasını tələb etdikdən sonra bəzi təfərrüatlar məlum olub.

Belə ki, məhkum ittihamları işgəncə altında qəbul etdiyini bildirib. 4 il davam etmiş istintaq nəticəsində T.Çjehun azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti