Bakı. Trend:
Nepalın mərkəzi hissəsində yük maşını dərəyə aşıb.
Trend-in "The Kathmandu Post" qəzetinə istinadən verdiyi məlumata görə, insident nəticəsində azı 18 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Məlumata əsasən, yük maşınında 40-45 insan olub.