...

Taylanddan uçan təyyarə Yekaterinburqda qəza enişi etdi - SƏBƏB?

Dünya xəbərləri Materials 18 Dekabr 2018 17:58 (UTC +04:00)
Taylanddan uçan sərnişin təyyarəsi Yekaterinburqda qəza enişi edib.
Taylanddan uçan təyyarə Yekaterinburqda qəza enişi etdi - SƏBƏB?

Bakı. Trend:

Taylanddan uçan sərnişin təyyarəsi Yekaterinburqda qəza enişi edib. Trend-in məlumatına görə, təyyarə yerli vaxtla saat 15:17-də Yekaterinburqun "Koltsovo" aeroportunda enib.

Bildirilir ki, həmin vaxt təyyarənin göyərtəsində 335 sərnişin olub. Qəza enişi zamanı xəsarət alan olmadığı qeyd edilir.

Məlumata görə, təyyarənin komandiri hidrosistemin nasaz olması barədə siqnalın işə düşməsi səbəbindən belə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti