Bakı. Tural Turan - Trend:
Burkina-Fasoda silahlı hücumlar nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə hökumətin nümayəndəsi bildirib.
Münaqişə 1 yanvarda başlayıb. Naməlum şəxslər mosi qəbiləsinin yaşadığı kəndə hücum ediblər. Buna cavab olaraq yerli sakinlər də fulbe qəbiləsinin yaşadığı kəndə hücum ediblər.
Xatırladaq ki, daha əvvəl Burkina-Fasonun bir sıra şimal əyalətlərində silahlı qruplaşmaların fəaliyyətinin aktivləşməsi il əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.