...

İranda zəlzələdən sonra 31 nəfər xəstəxanaya müraciət edib

Dünya xəbərləri Materials 7 Yanvar 2019 00:42 (UTC +04:00)
İranda zəlzələdən sonra 31 nəfər xəstəxanaya müraciət edib.
İranda zəlzələdən sonra 31 nəfər xəstəxanaya müraciət edib

Bakı. Tural Turan - Trend:

İranda zəlzələdən sonra 31 nəfər xəstəxanaya müraciət edib. Trend-in məlumatına görə, fövqəladə hallar üzrə idarənin nümayəndisini verdiyi məlumata əsasən, onlar zəlzələ nəticəsində travma almayıblar.

Onun sözlərinə görə, 29 nəfər evə buraxılıb. 2 nəfər xəsarət alan şəxsə isə tibbi yardım göstərilib.

Xatırladaq ki, 6 yanvarda İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla 13:42-də qeydə alınıb. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Bağdaddan 136 kilometr şimal-şərqdə, İranın İlam şəhərindən isə 87 kilometr şimal-qərbdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti