Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin cənubunda Qəhrəmanmaraş vilayətinin iki rayonunda aramsız yağan güclü qar səbəbindən məktəblərdə tədris dayandırılıb.
Trend-in məlumatına görə, bu rayonlarda yağan qarın hündürlüyü 50 santimetrə çatıb.
Qeyd edək ki, son günlər Türkiyənin bir neçə vilayətində güclü qarla müşayiət olunan kəskin şaxtalı hava şəraiti hökm sürür.