Bakı. Tural Turan - Trend:
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verdi. Trend-in məlumatına görə, Zərif bu barədə “İnstagram”-da qeyd edib.
“Sonuncu illər xarici işlər naziri vəzifəsini tutduğum müddətdə bütün çatışmazlıqlara görə üzr istəyirəm. İran xalqına və onun xadimlərinə təşəkkür edirəm”, - deyə Zərif yazıb.