Bakı. Trend:
Rusiya Müdafiə Nazirliyi 2012-ci ildən Arktikada 475 hərbi infrastruktur obyekti tikib.
Trend-in məlumatına görə, bunu ölkənin müdafiə naziri Sergey Şoyqu Rusiya Dövlət Dumasının müdafiə komitəsinin iclasında deyib.
Nazir bildirib ki, 2018-ci ilin sonunadək Kotelnı, Aleksandra Torpağı, Vrangel adalarında və Şmidt burnunda tikilmiş obyektlərin ümumi sahəsi 710 min kvadrat metrdən çoxdur.
Onun sözlərinə görə, Arktikadakı hərbi obyektlərdə hərbi qulluqçular, xüsusi silah-sursat və texnika yerləşdirilib.