Bakı. Elnur Bağışov - Trend:
İranın cənubunda yerləşən Xuzistan vilayətinin Dezful rayonunda kişi həyat yoldaşının ailəsini "Kalaşnikov" markalı silahdan güllələyib.
Trend-in məlumatına görə, bunu İranın Dezful rayonunun polis rəisi polkovnik Hüseyn Eydi deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 9 nəfər həlak olub, 1 nəfər isə yaralanıb: "Onlardan 7-si hadisə yerində, 2-si isə daha sonra xəstəxanada həlak olub. Ailəni güllələyən şəxs özünü də öldürməyə cəhd edib, hazırda o ağır yaralıdır".