Bakı. Trend:
Braziliyanın Rio-de-Janeyro şəhərində iki yaşayış evi uçub.
Trend-in məlumatına görə, binaların uşması nəticəsində 8 nəfər xəsarət alıb.
Bildirilir ki, xəsarət alan şəxslər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb. Onların vəziyyəti barədə məlumat verilmir.
Qeyd edilir ki, xilasetmə əməliyyatına helikopter də cəlb edilib. Təxminən 90 xilasedici binanın uçması nəticəsində itkin düşənlərin axtarışını davam etdirir. İtkin düşənlərin dəqiq sayı bildirilmir.
Şəhər hakimiyyəti bildirib ki, hər iki bina qeyri-qanuni yolla tikilib. Yaxınlıqdakı binaların sakinləri təxliyə edilib.