...

İranın ali lideri İİKK-ya yeni komandan təyin edib

Dünya xəbərləri Materials 22 Aprel 2019 01:26 (UTC +04:00)
İranın ali lideri ayatolla Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) yeni komandan təyin edib.
İranın ali lideri İİKK-ya yeni komandan təyin edib

Bakı. Trend:

İranın ali lideri ayatolla Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) yeni komandan təyin edib.

Trend-in məlumatına görə, yeni komandan briqada generalı Hosseyn Salami təyin olunub. Daha əvvəl bu vəzifəni Məhəmməd Əli Cəfəri tuturdu.

Ölkənin XİN rəhbəri Məhəmməd Cavad Zərif, qurumunun "Telegram"dakı rəsmi səhifəsində Salamini təbrik edib və ona "bu böyük vəzifəni yerinə yetirilməsində böyük uğurlar" arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti