...

Rusiya istehsallı S-400-lər Türkiyənin cənub və qərbində quraşdırılacaq – KİV

Dünya xəbərləri Materials 23 Aprel 2019 20:49 (UTC +04:00)
Rusiya istehsallı S-400 zenit-raket kompleksləri Türkiyənin cənub və qərbində quraşdırılacaq.
Rusiya istehsallı S-400-lər Türkiyənin cənub və qərbində quraşdırılacaq – KİV

Bakı. Rufiz Hafizoğlu - Trend:

Rusiya istehsallı S-400 zenit-raket kompleksləri Türkiyənin cənub və qərbində quraşdırılacaq.

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

İlkin məlumata əsasən, bu komplekslər Türkiyənin qərbində, Egey dənizi sahilləri boyunca yerləşən vilayətlərdə, həmçinin Suriya ilə sərhəddə, Hatay vilayətində quraşdırılacaq.

Türkiyə Müdafiə Nazirliyi xəbəri hələ şərh etməyib.

Bundan əvvəl S-400-lərin Ankara və İstanbulda yerləşdiriləcəyi bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti