...

Yunanıstanda Pasxa bayramı zamanı operator ölüb

Dünya xəbərləri Materials 29 Aprel 2019 02:15 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanın Kalamata şəhərində televiziya operatoru Pasxa bayramını lentə alarkən ölüb.

Trend-in məlumatına görə, "saitopolemos", ya da "oxlarla döyüş" adlanan həmin adəti çəkən zaman "oxlardan" biri 53 yaşlı operatorun başına dəyib.

O, ağır vəziyyətdə xəstəxanada yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq operator dünyasını dəyişib.

Bundan əlavə, Fivada səkkiz yaşlı qız ciddi zədə alıb. Bayram qeyd edilən vaxtda baş verən atışma zamanı onun başına güllə dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti