Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığından sonra Vaşinqton və Moskva arasında gözəl münasibətlərin qurulması üçün çox böyük potensialın mövcudluğuna əmin olduğunu bildirib.
Trend-in məlumatına görə, bu sözləri ABŞ prezidenti özünün "Tvitter" səhifəsində yazıb.
Tramp qeyd edib: "Baxmayarıq ki, nələrə yalançı KİV-də rast gəlmək olur, Rusiya ilə yaxşı və ya əla münasibətlər qurmaq üçün çox böyük bir potensial var".