...

"Mançester Siti" qələbə qazanaraq liderliyi yenidən ələ keçirib

Dünya xəbərləri Materials 7 May 2019 01:40 (UTC +04:00)
İngiltərə Premyer Liqasının 37-ci mərhələsi çərçivəsində "Mançester Siti" "Lester"i qəbul edib
"Mançester Siti" qələbə qazanaraq liderliyi yenidən ələ keçirib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 37-ci mərhələsi çərçivəsində "Mançester Siti" "Lester"i qəbul edib.

Trend-in məlumatına görə, Mançesterdə keçirilən oyununda yeganə qolunu Vensan Kompani vurub (70-ci dəqiqədə).

"Mançester Siti" bu qələbəsindən sonra xallarının sayını 95-a çatdıraraq turnir cədvəlində ilk pilləyə yenidən qayıdıb və "Liverpul"dan bir xal irəlidədir.

"Lester" 51 xalla doqquzuncu yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti