Bakı. Trend:
ABŞ Qətərdəki Əl-Üdeyd aviabazasına F-22 beşinci nəsil qırıcı təyyarələr yerləşdirib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Bu təyyarələr Amerika qüvvələrini və maraqlarının ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında qorumaq məqsədilə ilk dəfə Qətərdə yerləşdirilir".
Bəyanatın içində həmçinin 3 ədəd F-22 qırıcı təyyarəsinin olduğu fotoşəkil də yerləşdirilib.