...

Putinlə Roma papası bir-birinə hədiyyə verdi - Nə?

Dünya xəbərləri Materials 4 İyul 2019 17:47 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfəri çərçivəsində Vatikanda Roma Papası I Fransisklə görüşüb
Putinlə Roma papası bir-birinə hədiyyə verdi - Nə?

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin İtaliyaya səfəri çərçivəsində Vatikanda Roma Papası I Fransisklə görüşüb.

Trend-in məlumatına görə, nəzərdə tutulandan 1 saat gec başlayan görüş 45 dəqiqə davam edib.

Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim edib.

Rusiya prezidenti papaya apostollar Pyotr və Pavelin təsvir olunduğu ikona və Andrey Konçalovskinin Mikelancelo barədə “Günah” filminin diskini hədiyyə edib.

Papa Fransisk öz növbəsində V.Putinə Dünya Sülh gününə aid müraciət, Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş medal və Vatikanın təsvir olunduğu, 1774-cü ilə aid qravür hədiyyə edib.

Qeyd olunur ki, medalın üzərində “Sülhlə heç nə itirilmir. Müharibədə hər şeyi itirmək olar” sözləri yazılıb.

Bu, V.Putinlə papa I Fransiskin üçüncü görüşü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti