...

Braziliyada 12 nəfər daşqınların qurbanı olub

Dünya xəbərləri Materials 25 İyul 2019 06:17 (UTC +04:00)
Braziliyanın Pernambuku ştatında güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib
Braziliyada 12 nəfər daşqınların qurbanı olub

Bakı. Trend:

Braziliyanın Pernambuku ştatında güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.

Trend-in "Globo" telekanalına istinadən verdiyi məlumata görə, daşqınlar və torpaq sürüşmələri nəticəsində 12 nəfər həlak olub.

Bildirilir ki, növbəti gün yağışlar davam edəcək, lakin daha az intensiv olacaq.

Regionda nəqliyyat əlaqəsində problemlər yaranıb, bir neçə rayonda məktəblər bağlanıb. Bəzi rayonlarda insanlar qayıqla hərəkətə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti