...

Ermənistanda benzin dolu sisternlər yanır

Dünya xəbərləri Materials 29 İyul 2019 10:14 (UTC +04:00)
Ermənistanın şimalında Tumanyan şəhərində dəmiryolu vağzalında benzin dolu sisternlər yanır.
Ermənistanda benzin dolu sisternlər yanır

Bakı. Trend:

Ermənistanın şimalında Tumanyan şəhərində dəmiryolu vağzalında benzin dolu sisternlər yanır.

Trend-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Xidməti xəbər yayıb.

Məlumata görə, yanan 50 tonluq 2 sisterndir. Yanğınsöndürənlər alovun qarşısını almağa çalışırlar. Yanğının başqa sisternlərə də keçmək təhlükəsi olduğu bildirilir.

Dəmiryol idarəsinin yaydığı məlumata görə, xətdə ümumilikdə 29 vaqon var ki, onlardan 17-si benzinlə doludur. Qalan vaqonların boş olduğu qeyd edilir.

Yanğının hansı səbəbdən başlaması hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti