Bakı. Trend:
Vyetnamda tüğyan etmiş “Vifa” qasırğası azı 5 nəfərin həyatına son qoyub.
Trend-in məlumatına görə, qasırğa həmçinin daşqın və torpaq sürüşmələrinə səbəb olub.
Təbii fəlakət nəticəsində 14 nəfər itkin düşmüş hesab olunur.
İki bölgədə 250-yə yaxın ev zərər çəkib. Daşqın zonasında axtarış-xilasetmə işləri aparılır.