...

Trampla Zelenskinin görüş VAXTI məlum olub

Dünya xəbərləri Materials 15 Avqust 2019 18:01 (UTC +04:00)
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş payızda baş tuta bilər
Trampla Zelenskinin görüş VAXTI məlum olub

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş payızda baş tuta bilər.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.

O bildirib ki, liderlər arasında ilk görüş Varşavada və ya Nyu Yorkda keçirilə bilər:

“Bu görüş çox qısa olacaq və liderlərə bir-birinə “Hello” demək və hal-əhval tutmaq imkanı verəcək”.

D.Tramp və V.Zelenski arasında ikinci görüş isə Vaşinqtonda, birinci görüşdən bir və ya iki ay sonra keçiriləcək və daha geniş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti