...

Qazaxıstanda sutka ərzində ikinci dəfə zəlzələ olub

Dünya xəbərləri Materials 18 Avqust 2019 10:00 (UTC +04:00)
Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində 4,9 bal gücündə zəlzələ baş verib
Qazaxıstanda sutka ərzində ikinci dəfə zəlzələ olub

Bakı. Trend:

Qazaxıstanın cənub-şərqindəki Almatı vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:12 qeydə alınıb.

Bildirilir ki, saat 05:07-də Almatıdan 145 kilometr şimal-şərqdə 5,4 bal gücündə zəlzələ olub. Jarkent şəhərində MSK-64 şkalası üzrə 5 bal gücündə yeraltı təkanlar hiss olunub. Taldıkorqan və Satı qəsəbəsində isə 2-3 bal gücündə hiss olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti