...

İtaliyanın baş naziri istefa verib

Dünya xəbərləri Materials 20 Avqust 2019 18:52 (UTC +04:00)
İtaliyanın baş naziri Cuzeppe Konte istefa verdiyini açıqlayıb.
İtaliyanın baş naziri istefa verib

Bakı. Trend:

İtaliyanın baş naziri Cuzeppe Konte istefa verdiyini açıqlayıb.

Trend-in məlumatına görə, nazir bu açıqlamanı Senat qarşısında çıxış edərkən verib.

O, istefa ərizəsini ölkə prezidenti Serco Mattarellaya təqdim edəcəyini bildirib.

C.Konte hökumətin dağılmasında baş nazirin müavini, daxili işlər naziri Matteo Salvinini günahlandırıb.

Qeyd edək ki, C.Kontenin rəhbərliyi ilə koalisiya hökuməti ötən ilin iyununda fəaliyyətə başlamışdı. Ötən həftə M.Salvini koalisiya üçün çoxluğun artıq mövcud olmadığını və yeni seçkilərin tələb olunduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti