...

İspaniyada 17 körpə əczaçıların səhvi ucbatından xəstəliyə tutuldu

Dünya xəbərləri Materials 28 Avqust 2019 17:46 (UTC +04:00)
İspaniyada 17 körpə əczaçıların səhvi üzündən hipertrikoz xəstəliyinə tutulub
İspaniyada 17 körpə əczaçıların səhvi ucbatından xəstəliyə tutuldu

Bakı. Trend:

İspaniyada 17 körpə əczaçıların səhvi üzündən hipertrikoz xəstəliyinə tutulub.

Trend-in məlumatına görə, əczaçılıq şirkəti səhvən saç tökülməsini stimullaşdıran bir vasitə olan minoksidili satdıqdan sonra hipertrikozun yayılması qeydə alınıb.

Hazırda xəstəlik 17 yeni doğulmuş uşaqda qeydə alınıb. Bildirilir ki, Farma-Qumica Sur müəssisəsində daxili nasazlıq üzündən minoksidil dərman omeprazol əvəzinə satışa çıxarılıb. Nəticədə fabrik "dərman istehsalına nəzarət qaydalarında ciddi pozuntulara görə" qapadılıb.

Hipertrikoz cinsiyyət və ya yaşa uyğun olmayan cildin müəyyən bir sahəsi üçün xarakterik olmayan, həddindən artıq saç artımında özünü göstərən bir xəstəlikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti