Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyanın şimal-şərqindəki Təl-Əbyad rayonu qismən Türkiyə Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Trend-in məlumatına görə, hazırda Türkiyə ordusu yerli qüvvələrin dəstəyi ilə rayon mərkəzini terrorçulardan təmizləyir.
Əməliyyat zamanı aviasiya, artilleriya ilə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə edilir.
Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.