...

Boliviyada etirazlarda ən az 30 nəfər yaralanıb

Dünya xəbərləri Materials 29 Oktyabr 2019 07:12 (UTC +04:00)
Boliviyada toqquşmalar zamanı ən az 30 nəfər yaralanıb
Boliviyada etirazlarda ən az 30 nəfər yaralanıb

Bakı. Trend:

Boliviyada yenidən seçilmiş prezident Evo Moralesin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar zamanı ən az 30 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Efe" agentliyi bildirib.

Etirazlar Boliviyanın bir neçə şəhərində, o cümlədən La-Pas, Koçabamba və Santa-Crusda keçirilib. Bir nəfər qarnından güllə yarası alaraq xəstəxanaya aparılıb.

Boliviyanın səhiyyə naziri Qabriela Montanyo "Twitter"-də xəsarət alan şəxsin vəziyyətinin kritik olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti