...

ABŞ Konqresində Türkiyəyə qarşı sanksiyalar təqdir olunub

Dünya xəbərləri Materials 30 Oktyabr 2019 06:17 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə və onun maliyə sektoruna qarşı Ankaranın Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyata və Rusiyadan S-400 zenit-raket sistemlərini almasına görə sanksiyalar paketini təqdir edib
ABŞ Konqresində Türkiyəyə qarşı sanksiyalar təqdir olunub

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə və onun maliyə sektoruna qarşı Ankaranın Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyata və Rusiyadan S-400 zenit-raket sistemlərini almasına görə sanksiyalar paketini təqdir edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təşəbbüs "PACT Act" qanunu adlanır. Bu qısaltma "Protect Against Conflict by Turkey Act"dan ("Türkiyə tərəfdən münaqişəyə qarşı müdafiə") irəli gəlir.

Bu qanun, ABŞ prezidenti Donald Trumpı Suriyadakı hərbi əməliyyatda iştirak edənlərə, həmçinin milli müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər tətbiq etməyi məcbur edir. Bundan əlavə, sənəddə deyilir ki, Vaşinqton administrasiyası CAATSA qanununa əsasən ("Amerikanın əleyhdarlarına qarşı sanksiyalarla mübarizə haqqında") Ankaranın S-400 alması ilə əlaqədar məhdudiyyətlərin tətbiq edilməsi tələb olunur. Qanun layihəsinin müəllifi palatanın Xarici İşlər Komitəsinin sədri Eliot Engeldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti