Bakı, Trend:
"Mercedes" komandasının Finlandiyalı pilotu Valtteri Bottas ABŞ Qran Prisinə "Formula 1" avtomobilləri yarışında dünya çempionatının 19-cu mərhələsinə vəsiqə qazanmaq üçün ən yaxşı vaxt göstərib.
Trend-in məlumatına görə, Bottas yarışlarda ən yaxşı nəticə göstərib və 1 dəqiqə 32.029 saniyəyə yarış dairəsini qət edib. İkinci yeri Alman pilotu "Ferrari" komandasından olan Sebastian Vettel (+0.012) tutub, üçüncü yeri isə "Red Bull" komandasından olan Hollandiyalı Maks Verstappen (+0.067) əldə edib.