...

Ayətullah Xamenei İranın ABŞ-la danışıqlarına qarşı çıxıb

Dünya xəbərləri Materials 3 Noyabr 2019 17:07 (UTC +04:00)
İran ABŞ-ın təzyiqlərinə təslim olmayacaq
Ayətullah Xamenei İranın ABŞ-la danışıqlarına qarşı çıxıb

Bakı. Trend:

İran ABŞ-ın təzyiqlərinə təslim olmayacaq və Vaşinqtonla danışıqları aparmayacaq, çünki bu mövcud problemləri həll etməyəcək.

Trend-in məlumatına görə, bu barədə İranın rəhbəri Ayətullah Əli Xamenei öz "Tvitter" səhifəsində yazıb.

Əli Xamenei deyib ki, (İslam) inqilabının qələbəsindən sonra 41 il ərzində ABŞ İran xalqına qarşı düşmənçilik hərəkətlərinə cəhd göstərib:

"Əlbəttə ki, biz hərəkətsiz qalmadıq və ABŞ-a qarşı çıxmaq üçün hər şeyi etdik və bir çox hallarda onları küncə sala bildik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti