...

"Kyoto Animation" studiyasında yanğın törədən şəxs günahını etiraf edib

Dünya xəbərləri Materials 10 Noyabr 2019 06:15 (UTC +04:00)
"Kyoto Animation" animasiya şirkətinin studiyasında yanğın törətməkdə şübhəli bilinərək həbs olunan Yaponiya sakini günahını etiraf edib
"Kyoto Animation" studiyasında yanğın törədən şəxs günahını etiraf edib

Bakı. Trend:

"Kyoto Animation" animasiya şirkətinin studiyasında yanğın törətməkdə şübhəli bilinərək həbs olunan Yaponiya sakini günahını etiraf edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, 41 yaşlı Şinzo Aoba günahını tamamilə qəbul edib və vurğulayıb ki, onun məqsədi məhz animasiya stusiyasının əməkdaşları olub.

Qeyd edək ki, "Kyoto Animation" animasiya şirkətinin studiyasında yanğın iyulun 18-də baş verib. Yanğın nəticəsində 36 nəfər ölüb, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Animasiya şirkətinin rəhbərliyi vurğulayıb ki, faciəyə baxmayaraq studiya öz işini davam etdirəcək, Yaponiya hakimiyyəti isə öz növbəsində şirkətə, xəsarət alanlara və həlak olanların ailələrinə maddi yardım göstərəcəyinə söz verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti