Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 25-i Qətərə səfər edəcək.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, T.Ərdoğan səfər çərçivəsində Türkiyə-Qətər Strateji Əməkdaşlıq Ali Komitəsinin iclasında iştirak edəcək.
Komitənin iclasında hər iki ölkənin nazirləri və rəsmi şəxsləri də iştirak edəcək.
Danışıqlarda ikitərəfli münasibətlərin bütün aspektləri, Türkiyə ilə Qətər arasında əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə ediləcək, regional və beynəlxalq gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparılacaq.
Türkiyə ilə Qətər arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra saziş və anlaşma memorandumlarının imzalanması planlaşdırılır.