Bakı. Trend:
Girov götürülmüş meksikalı aktyor Alexandro Sandi və fransız iş adamı Frederic Mişel azad ediliblər.
Trend-in məlumatına görə, zərərçəkmişlərin ikisidə sağlamdilar və artıq evlərinə qayıdıblar. Cinayəti törətmiş yerli kriminal qrupla bağlı istintaq davam edir.
Xatırladaq ki, noyabrın 24-də naməlum şəxslər Nevada-de-Toluka vulkanının yaxınlığında bir qrup aktyoru qarət edib və onlardan birini, həmçinin fransalı bir turisti özləri ilə birlikdə aparıblar və bir qədər sonra girovlara görə pul tələb ediblər.
İstintaqı, Meksika və Fransanın hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır.